İsrail XİN rəhbəri Avropa Parlamentinin sədri ilə görüşüb- İrana qarşı addımlar müzakirə olunub

İsrail xarici işlər naziri Eli Koen bu gün Brüsseldə Avropa Parlamentinin sədri Roberta Metsola ilə görüşüb.

Azpost.info xəbər verir ki, görüşdə İrana qarşı birgə addımlar, o cümlədən SEPAH-ın Avropanın terror təşkilatları siyahısına daxil edilməsi perspektivləri müzakirə olunub.

“Avropa Parlamentinin sədri ilə görüşdüm. Avropa indi İranın terror hökmranlığının təhlükəsini hər zamankindən daha yaxşı anlayır. İqtisadi və siyasi sanksiyaların genişləndirilməsini, İranın nüvə planlarına qarşı qətiyyətli mübarizə yollarını müzakirə etdik. Bundan başqa, SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsini müzakirə etdik”, – Koen bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.