İsraildə yenə dua mərasimi zamanı tribuna uçub –

VİDEO (YENİLƏNİB)
17 May 2021 - 00:10

Qüdsün Qivat-Zevs şəhərciyindəki sinaqoqda keçirilən dua mərasimi zamanı tribuna uçub.

Azpost.info İsrailin dövlət radiosu KAN-a istinadən bildirir ki, 2 nəfər həlak olub. Polis araşdırmalara başlayıb.

Xilasedicilər zərərçəkənləri evakuasiya edirlər.

Xəsarət alanların sayı 167-yə çatıb.

Bu barədə Təcili yardım xidmətinin əməkdaşı Maqen David Adom bildirib.

Onlardan 152-nin yüngül, 5-nin ağır, 10 nəfərin orta-ağır yaralandığı qeyd olunub.