“İsraili dəstəkləyən ölkələr Fələstin xalqına qarşı cinayətlərdə ortaqdır”- RƏİSİ

“İsraili dəstəkləyən ölkələr Fələstin xalqına qarşı cinayətlərdə ortaqdır”.

Azpost.info xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsrail ABŞ-ın dəstəyi sayəsində daha cəsarətli hərəkət edir.

Rəisi əlavə edib ki, ABŞ-ın Qəzza zolağında atəşkəs əldə edilməsinə yardımla bağlı bəyanatlarını yalan hesab edir və İsrailin fələstinliləri öldürməsinə yol açan elə Vaşinqton özü olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.