İsrailin bir gecədə Qəzzaya hücumu nəticəsində 43 nəfər öldürülüb

Çərşənbə axşamı İsrail ordusunun hava hücumları və Qəzza zolağının müxtəlif bölgələrini atəşə tutması nəticəsində azı 43 nəfər öldürülüb.

“Report” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

İsrail ordusu Qəzza şəhərinə və Fələstin anklavının mərkəzi hissəsinə ən güclü hücumunu həyata keçirib.

Telekanal qeyd edib ki, bazar ertəsi Qəzza zolağının atəşə tutulması nəticəsində ümumilikdə 126 nəfər öldürülüb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.