“İsrailin hücumu Trampa kömək məqsədi daşıya bilər”- İranlı deputat

İsrailin İrana hücumunda məqsədlərindən biri ABŞ prezident seçkilərinə təsir göstərmək cəhdi, Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsini yaxınlaşdırmaq ola bilər.

Azpost.info xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əbülfəzl Zöhrəvənd bildirib.

“İsrail rejimi bizi səbrimizi sınamamalı idi, lakin o, bu səhvi etməyi seçdi və nəticədə İranın çoxqatlı hava hücumundan müdafiə sisteminin effektivliyini gördü. Bu gecəki hücumun məqsədi Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsinə kömək etmək ola bilərdi”, – o deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.