“İsrailin İranın hucumuna nə vaxt cavab verəcəyini bilirəm” –BAYDEN

ABŞ prezidenti Co Bayden deyib ki, o, İsrailin İranın raket hücumuna necə və nə vaxt cavab verəcəyini bilir.

Azpost.info bildirir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb. Məlumata görə, Bayden İsrailin planları ilə bağlı əlavə təfərrüatları açıqlamaqdan imtina edib.

Prezident həmçinin Livanda atəşkəs üçün vasitəçiliyin mümkünlüyünə ümid etdiyini bildirib. Bayden əlavə edib ki, Qəzza zolağında vəziyyətin həlli daha çətin ola bilər.

Baydenin bəyanatı ötən gecə İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığından və yüksək rütbəli İsrail rəsmisinin İranın hücumuna cavab olaraq tezliklə addım atılacağını deməsindən sonra verilib.

Əvvəlki məqalə

“Qərb burada Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çalışır” –

Sonrakı məqalə

Tağı Əhmədov vəfat edib