“İsrailin özünü müdafiə etmək hüququ var, lakin…”- BORREL

“Avropa İttifaqı İsrailin Qəzza zolağını tam blokadaya almasını beynəlxalq hüququn pozulması hesab edir”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.

Borrelin sözlərinə görə, Fələstinlə müharibədə İsrailin bəzi qərarları beynəlxalq humanitar hüquqa uyğun gəlmir. Xüsusilə, elektrik enerjisinin kəsilməsi və Qəzza zolağında mülki əhaliyə ərzaq təchizatının dayandırılması: “İsrailin özünü müdafiə etmək hüququ var, lakin bu, beynəlxalq hüquqa, humanitar hüquqa uyğun edilməlidir. Bəzi hərəkətlər, məsələn, elektrik enerjisinin kəsilməsi və mülki əhali üçün ərzaq təchizatının dayandırılması beynəlxalq hüquqa ziddir”.

Azpost.info

Əvvəlki məqalə

Bakıda Atatürkün həyatından bəhs edən film nümayiş olunacaq

Sonrakı məqalə

“Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir” –