“İsrailin Qəzzada etdikləri qəbuledilməzdir”

Mertz
Mertz

Almaniya kansleri Fridrix Merz ARD televiziyasına müsahibə zamanı Qəzza zolağındakı vəziyyətlə bağlı ciddi narahatlığını bölüşüb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Merz Təl-Əvivin “humanitar yardım şəhəri” layihəsinə toxunaraq, “İsrail hökumətinin həftələrdir tətbiq etdiyi təcrübələrdən narazıyam” sözlərini deyib.

O, bundan əvvəl də narazılığını bildirdiyini və İsrailin baş naziri Benyamin Netanyahu ilə məsələni müzakirə etdiyini bildirib.

Merz danışıqların davam etdiyini bildirib və diplomatik təmasların vacibliyini vurğulayıb. O, Fələstin probleminin amerikalılarla birlikdə iki dövlətli həllinə ümid etdiyini vurğulayıb.

“Fələstinlilərin yaşaya biləcəkləri bir yerə haqqı var” deyən Merz hazırda Qəzza zolağında baş verənlərin qəbuledilməz olduğunu və beynəlxalq ictimaiyyətin bu problemin həllində daha fəal rol alması lazım olduğunu bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.