İsrailin son 24 saatda Qəzzada 98 nəfər öldürüb

Qəzza planı
Qəzza planı

İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində azı 98 nəfər öldürülüb.

APA xəbər verir ki, bu məlumatı Qətərin “Əl-Cəzira” telekanalı Səhiyyə Nazirliyinə istinadən yayıb.

Telekanalın məlumatına görə, son 24 saat ərzində daha 300 nəfər xəsarət alıb.

Nazirliyin statistik məlumatına görə, İsrailin Zolaqda döyüşləri bərpa etdiyi martın 18-dən indiyədək 3427 nəfər öldürülüb, 9647 nəfər yaralanıb.

Ümumilikdə Fələstin-İsrail qarşıdurmasının 2023-cü ilin oktyabrında qızışmasından bu yana öldürülənlərin sayı 53 573 nəfərə çatıb, 121 688 nəfər isə yaralanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.