İsrailin zərbələri nəticəsində Yəmənin Baş naziri həlak olub

Yəmənin Baş naziri Əhməd əl-Rəhəvi İsrailin zərbələri nəticəsində həlak olub.

“Euronews” xəbər verir ki, bu barədə Yəmənin “Əl Cümhuriyyə” kanalı və “Aden əl-Qəd” qəzeti məlumat yayıb.

Bildirilib ki baş nazirlə yanaşı, köməkçiləri də öldürülüb.

İsrail rəsmiləri isə husilərin müdafiə naziri Məhəmməd əl-Atifi və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Əbdülkərim Qəmərinin də zərbələr nəticəsində öldüyünə inanır.

Lakin, İsrail bu ehtimalları təsdiq etmir və məsələ ilə bağlı araşdırma aparır.

Husilər rəsmi şəxslərin öldürülməsini təsdiq etməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.