Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

İşsiz olanların nəzərinə – Oxuyun, həm də pul qazanın

Orkhan Ali 26 Yanvar 2025 - 14:39 (Last updated: 21 May 2025 - 20:15)
İşsiz

İşsiz

İşsiz olan, hər hansısa bir ixtisasa yiyələnmək istəyən şəxslər müxtəlif peşə kurslarına yazılır, bunun üçün aylıq ödəniş edirdilər. Lakin bu kursları bitirdikdən sonra onları heç kim işlə təmin etmirdi. İndi isə dövlət tərəfindən həm işsizlər üçün, həm də ixtisasını başqa istiqamətdə davam etdirmək istəyənlər üçün yeni imkanlar mövcuddur. Belə ki, həm hər hansı bir peşə üzrə dərs alırsınız, həm bunun üçün siz yox, sizə ödəniş edilir, həm də işlə təmin olunursunuz.

Bəs bu proses necə baş verir?

Bu barədə daha ətraflı Dövlət Məşğullu Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı Metbuat.az-a danışıb.

O bildirib ki, peşə hazırlığı Dövlət Məşğulluq Agentliyinin işaxtaran və işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun olaraq yeni bir ixtisasa yiyələnməsi üçün təşkil olunmuş fəaliyyət istiqamətlərindən biridir:

“Peşə hazırlığına müraciət ilk növbədə vətəndaşın məşğulluq filialında və yaxud DOST mərkəzlərində qeydiyyatdan keçməsi ilə başlayır. Yəni vətəndaş məşğulluq sistemində qeydiyyatda deyilsə, DOST mərkəzinə, yaxud yaşadığı ərazi üzrə regional məşğulluq filialına yaxınlaşır və orada işsiz şəxs kimi qeydiyyata alınır. Daha sonra onun məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirilmənin nəticəsində peşə hazırlığı vətəndaş üçün doğru tədbir kimi müəyyənləşərsə, bizim karyera məsləhətçilərimiz tərəfindən onun peşə seçiminə köməklik göstərilir. Yəni ki, şəxsin bilik və bacarıqları hansı ixtisas üzrə peşə kursuna cəlb olunmaq üçün müəyyənləşdirilir, daha sonra vətəndaş həmin kurs üzrə qeydiyyata alınır”.

Qurum rəsmisi bildirib ki, vətəndaş bir və ya bir neçə kurs seçə bilər:

“Biz peşə hazırlığı kursunun təşkili zamanı işəgötürənlər və tədris müəssisələri ilə əməkdaşlıq edirik və şəxsin məlumatları onun peşə kursunu həyata keçiriləcək tədris müəssisəsinə göndərilir, şəxslə müsahibə mərhələsi təşkil edilir. Müsahibə mərhələsini uğurla keçən şəxslər artıq kurslara cəlb olunurlar. Kursların müddəti peşədən asılı olaraq 1-6 ay arasında dəyişir. Peşə hazırlığı keçdiyi dövrdə vətəndaşlara təqaüd ödənilir”.

Ə.Nəcməddinqızı qeyd edib ki, peşə hazırlıq kursunu müvəffəqiyyətlə bitirən şəxslər sonda qiymətləndirmə imtahanı verirlər:

“Qiymətləndirmə imtahanını da uğurla başa vuran vətəndaşların yiyələndikləri peşə istiqaməti üzrə işlə təmin olunmalarına dəstək göstərilir. Hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən 175 peşə ixtisası üzrə tədris həyata keçirilir. Peşələrin olduğu siyahıdan vətəndaşlar seçim edə bilirlər. Təbii ki, burada doğru seçimin edilməsi və həmin peşənin vətəndaşa uyğun olması çox vacibdir. Ümumilikdə qeyd edim ki, peşə hazırlığı bir neçə mərhələdən ibarət olur. Biz bunu nəzəri və praktiki hissə olaraq bölə bilərik. İlk olaraq şəxslər nəzəri biliklərə yiyələnirlər, daha sonra tədris müəssisəsinin və yaxud da işəgötürənin istehsalat bazasında təcrübə keçirlər”.

Peşə tədrisi həyata keçirilən 175 peşə-ixtisas sahəsinin siyahısına buradan keçid edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Post navigation

Previous: XİN-dən Paşinyana sərt cavab
Next: Sosial şəbəkələrdə “İtirilmiş bağlamalar” elanları

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Türkiyə Cənubi Qafqazdan keçən və regionu Türkiyə ərazisi ilə birləşdirən Orta dəhlizi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin...
Read more about Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.