“İstədiyimiz nəticəni əldə edə bilməmişik, bu bir faktdır”- ZELENSKİ

Ukrayna prezidenti Vladimir Zelenski əks-hücumun gözlənilən irəliləyişləri gətirmədiyini etiraf edib.

Azpost.info xəbər verir ki, bununla belə Zelenski geri çəkilmədiklərini və yerli silah istehsalını artırmaq üçün köməyə ehtiyac duyduqlarını deyib.

“Baxın, geri çəkilmirik. Dünyanın ikinci ordusu ilə vuruşuruq, nəticədən razıyam… İnsan itiririk, istədiyimiz bütün silahları ala bilmirik, bundan isə narazıyam. Amma çox da şikayət edə bilmirəm. Biz daha sürətli nəticə istəyirdik. Bu baxımdan, təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilməmişik. Bu bir faktdır…”, – Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, istədikləri nəticələrə tez nail olmaq üçün kifayət qədər güc yoxdur: “Amma bu o demək deyil ki, biz təslim olmalı, imtina etməliyik. Biz öz hərəkətlərimizə arxayınıq. Biz özümüz üçün mübarizə aparırıq”.

Zelenski qeyd edib ki, Ukrayna müttəfiqlərindən bütün lazımi silahları almayıb və bu, silahlı qüvvələrin sürətlə irəliləməsinə imkan vermir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.