“İran mənim üçün sadəcə hərbi əməliyyatdır“.
Azpost.info bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Əgər indi ordan çıxsaq, onların bərpası 10 il çəkərdi. Amma biz hələ çıxmağa hazır deyilik. Yaxın gələcəkdə – demək olar ki, çox yaxın gələcəkdə çıxacağıq”-deyə prezident vurğulayıb.
Tramp deyib ki, İranın elektrik şəbəkəsini bir saat ərzində sıradan çıxara bilərlər: “Hal-hazırda onlar heç nə edə bilmirlər. Onların radarları, zenit silahları yoxdur. Onların heç nəyi yoxdur. İstəsək, bir neçə dəqiqə ərzində onların enerjisini kəsə bilərik”, – deyə Tramp qeyd edib.