Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İstanbul prokurorluğu Somali prezidentinin oğluna cinayət işi açıb

User 26 Dekabr 2023 - 18:45 (Last updated: 21 May 2025 - 20:15)
img3314

İstanbul prokurorluğu Somali prezidenti Həsən Şeyx Mahmudun oğluna cinayət işi açıb.

Azpost.info xəbər verir ki, ona qarşı cinayət işi qəsdən adam öldürmə maddəsi ilə başlanıb.

Bu maddə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, Somali prezidentinin oğlu tezliklə məhkəmədə ifadə verəcək. Nazirin sözlərinə görə, məhkəmə-tibb ekspertlərindən yeni rəy daxil olub. Rəyə əsasən, qəzada əsas günah sürücünün üzərinə düşür.

Hadisə noyabrın 30-da İstanbulda Somali liderinin oğlunun idarə etdiyi avtomobilin motosikletli kuryeri vurması nəticəsində baş verib. Dekabrın 6-da kuryer aldığı xəsarətlərdən xəstəxanada ölüb. Sürücü protokol tərtib edildikdən sonra sərbəst buraxılıb və dekabrın 2-də Türkiyəni tərk edib.

Hüquq müdafiəçiləri bütün günahın kuryerin üzərinə atıldığı ilk qəza hesabatı ilə sonrakı hesabatlar arasında uyğunsuzluq aşkar ediblər. Nəticədə əlaqədar orqanlar hadisə ilə bağlı əlavə yoxlamalar və hesabatlar tələb ediblər.

Azpost.info

Post navigation

Previous: Tezliklə Böyük Qayıdış prosesi Xocalı və Şuşanı da əhatə edəcək
Next: “Səfər Əbiyevlə münaqişəyə görə işdən çıxarıldım…Bizi anbara yoxlamaya buraxmadı” –

Oxşar xəbərlər

tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07

xƏBƏR

uno
  • Maraqlı

ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu

User 30 Oktyabr 2026 - 12:40
ABŞ-da mülki təyyarənin pilotları avqustun 16-da Ohayo ştatı üzərində uçarkən yaxınlıqda naməlum uçan obyekt müşahidə ediblər. Bu...
Read more about ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu
Paltaryuyan maşının qapısını yuyulmadan sonra bağlayırsınız? – Xəbərdarlıq paltaryuyan
  • Maraqlı

Paltaryuyan maşının qapısını yuyulmadan sonra bağlayırsınız? – Xəbərdarlıq

User 30 Oktyabr 2026 - 12:29
Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53
Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.