Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Səfər Əbiyevlə münaqişəyə görə işdən çıxarıldım…Bizi anbara yoxlamaya buraxmadı” –

User 26 Dekabr 2023 - 18:46 (Last updated: 21 May 2025 - 20:15)
fikret yusifov

Azərbaycanın sabiq maliyyə naziri Fikrət Yusifov uzun illərdən sonra ilk dəfə 1999-cu ildə vəzifədən nə üçün azad edilməsinin səbəbini açıqlayıb. 

Azpost.info bildirir ki, bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov LAF TV-yə müsahibəsində deyib.

“Mənim nazir vəzifəsindən getməyimin əsas səbəbi sabiq müdaifə naziri Səfər Əbiyevlə aramızda olan münaqişə oldu”-deyə o açıqlamasında bildirib.

Onun sözlərinə görə, toqquşmanın bir səbəbi olub : “Onlar vəsaitləri təyinatı üzrə xərcləmirdilər. Biznes layihələrində istifadə edirdilər. Qiymətləri şişirdirdilər. Yaranmış vəziyyəti mən ulu öndər Heydər Əliyevə məruzə etmişdim, faktları masa üzərinə qoymuşdum. Ondan əvvəlki nazir Məmmədərfi Məmmədovu da bu faktlara görə işdən çıxartdırmışdım”.

Sabiq nazirin sözlərinə görə,  1999-cu ildə Səfər Əbiyevi də həmin aqibət gözləyirdi: “Heydər Əliyevdən nazirilkidə büdcə vəsaitlərinin xərclənməsinin yoxlanılması ilə bağlı razılığı almışdım.  Prezident mənə dedi ki, “vaxtını mən sənə deyəcəyəm”. Təəssüf ki, Heydər Əliyev həmin dövrdə xəstələndi. Ona görə məsələ ləngidi”.

F.Yusifov deyib ki, Müdafiə Nazirliyində hər kəs bilirdi ki, bu məsələ ilə bağlı onunla Səfər Əbiyev arasında qarşıdurma var: “Nazirlikdə nə qədər sağlam adam var idi bu işlərlərə bağlı mənə məruzə edirdilər. İlkin mənbələrədən biliridm ki, onlar orada nə oyun çıxarırlar.

“Bir dəfə Müdafiə Nazirliyi çox böyük alqı-satqı etmişdi. Böyük həcmdə ət alışı idi. Standartlara uyğun olmayan əti orduya yedizdirirdilər. cBiləcəridə ordunun təzhizatı ilə bağlı böyük baza var idi.  Onun komandiri mənim yanıma gəldi. Vicdanlı adam idi. Dedi ki, “Fikrət müəllim, bazaya belə bir ət gətirilib. Mən o qədər vicdanımı itirməmişəm. Bu əti əsgərlərə yedirdəcəklər. Nəsə konservləşdirilmiş ət idi. Bilinmədi nə əti idi.

O zaman Prezident ABŞ-da müalicədə idi. Keçmiş Baş nazir Artur Rəsizadənin imzası ilə bir komissiya təyin etdik və göndərdik Biləcərdidəki bazaya yoxlamaya. Təsəvvür edin ki, Səfər Əbiyev əli avtomatlı adamlarla bir həftə o komissiyanı bazaya buraxmadı. Baş nazir bir az qətiyyət göstərmədi. Mən də bundan incidim. Ordudan gəlib deyirdilər ki, necə olur ki, bir anbarı yoxlaya bilmirsiniz?

Bir həftədən sonra anbarın qapılarını açdılar və bizi çağırdılar. Anbarda heç nə yox idi. Gecə ilə ətləri daşıyıb rayonlara, hərbi hissələrə aparmışdılar”.

F.Yusifov bundan sonra KİV-də böyük bir tənqidi yazı ilə çıxış edib:  “O yazı ilə də vəzifədən getdim. Başlıq belə idi ki “Səfər Əbiyev ticarətlə məşğul olduğu qədər ordu quruculuğu ilə məşğul oslaydı Azərbaycan ordusu dünyanın ən güclü ordularından biri olardı”.  Bu yazıdan sonra Təhlükəsizlik Şurasının iclasında 4 saat müzakirə olundu. Mən orada vəzifədən azad edildim. Emosiyalarımı saxlaya bilməmişdim. Maliyyə naziri olan adam müdafiə naziri ilə münaqişəsini qəzetə çıxarmamalı idi”.

“Mən dövlətin büdcəsini varlığımıla qoruyurdum”-deyə F.Yusifov sonda bildirib.

Azpost.info 

 

 

Post navigation

Previous: İstanbul prokurorluğu Somali prezidentinin oğluna cinayət işi açıb
Next: Prezident İlham Əliyev Peterburqda “Yekaterina sarayı” ilə tanış olub

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
Azərbaycan Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan bütün tərəflər üçün əməkdaşlıq məkanına çevirib. Bunu Azərbaycan Prezidentinin köməkçisi...
Read more about “Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev
2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq? ayda yaşayiş
  • Maraqlı

2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq?

User 30 Oktyabr 2026 - 13:23
“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib salyan mekteb
  • Kriminal

Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib

User 30 Oktyabr 2026 - 12:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.