“İstanbulda hava limanında uçuş zolağından çıxan təyyarədə Azərbaycan vətəndaşı da olub”

- Çavuşoğlu
06 Fevral 2020 - 12:57

“Dünən İstanbulda Sabiha Gökçen hava limanında təyyarənin uçuş zolağından çıxması nəticəsində 3 nəfər ölüb”.

 APA-nın məlumatına görə, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu qeyd edib ki, təyyarədə bir Azərbaycan vətəndaşı da olub: “Biz bir millət, iki dövlətik. O insanımıza da lazımi diqqət göstəriləcək”.

Qeyd edək ki, fevralın 5-də İstanbulun Sabiha Gökçen hava limanında göyərtəsində təyyarə uçuş zolağından çıxaraq, qəzaya uğrayıb. Nəticədə 3 nəfər ölüb, 179 nəfər xəsarət alıb.