İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan son danışıqlarda iki ölkə liderinin – Vladimir Putin və Vladimir Zelenskinin hansı şəraitdə və harada görüşə biləcəyi məsələsi müzakirə olunub.
APA-nın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV kanalına müsahibəsində danışıb.
“Danışıqlar aparan heyətlərin üzərinə böyük məsuliyyət düşür. Bu məsələ müzakirə olunduqca, qarşılıqlı görüş istəyi daha aydın görünür. Əgər bu şəkildə davam etsək, aralıq bir həll yolunun tapılacağına inanıram. Hələ də tərəflərin açmadığı kartlar var. Biz isə lazımi mühiti yaratmağa çalışırıq”, – deyə Fidan vurğulayıb.