Türkiyə, Ukrayna və ABŞ nümayəndə heyətləri İstanbul yaxınlığındakı Dolmabağça Sarayına gəlib.
AzPost bildirir ki, bu görüşdən sonra saat 12-30-a isə Ukrayna-Rusiya-Türkiyə görüşünün keçirilməsi planlaşdırılır.
Anadolu yazır ki, Ukrayna və Rusiya nümayəndə heyətləri saat 12:30-da İstanbulda görüşəcək.
Nəşrin məlumatına görə, Rusiya Federasiyası ilə saat 10:45-də baş tutacaq görüşdən əvvəl Ukrayna-ABŞ-Türkiyə formatında da danışıqlar aparılacaq.