İstehsalçı şirkətlərdən biri unun satış qiymətini artırıb

İstehsalçı şirkətlərdən biri unun satış qiymətini artırıb
Azərbaycanda unun topdansatışı ilə məşğul olan “ATS MİLL” MMC unun satış qiymətini artırıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət unun topdansatış qiymətini 0,1 manat artırıb.
Belə ki, istehsalçı şirkət hazırda 50 kq-lıq un kisəsini 27,20 manata təklif edir. Bu günədək isə 50 kq-lıq un kisəsinin satış qiyməti 27,10 manat təşkil edirdi.
Fevralın 3-nə olan məlumata görə, digər un istehsalçıları isə topdansatış qiymətini dəyişməyib.
Qeyd edək ki, fevral ayının 1-dən etibarən marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, yeni çəkidə, yeni qiymətə – 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunmağa başlayıb.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.