İstehsalı 2013-cü ilədək olan avtomobillərin Gürcüstana idxalı qadağan edilir

Bu gündən etibarən istehsal ili 2013-cü ilədək olan avtomobillərin Gürcüstana idxalı qadağan edilir.

Bununla bağlı Gürcüstan hökuməti müvafiq qərar qəbul edib.

Qərara əsasən istehsal ili 2013-cü ilədək olan minik avtomobillərinin 2024-cü il yanvarın 1-dən ölkəyə idxalı qadağa edilir. Lakin qərar qüvvəyə minənədək son 3 ayda alınan və müxtəlif səbəblərdən bu günədək ölkəyə gətirilməsi yubanan avtomobillərin idxalına icazə veriləcək.

Qərarda həmçinin qeyd olunub ki, 2025-ci il yanvarın 1-dən etibarən avtobus və yük maşınları üçün də analoji qadağa tətbiq ediləcək.

Bildirilib ki, sözügedən qərar Gürcüstanın “Avro-5” standartına keçidi ilə bağlıdır.

İqtisadçı ekspertlərin hesablamalarına görə, hazırda Gürcüstanda istifadə olunan minik avtomobillərinin 90 faizindən çoxunun istehsal tarixi 2013-cü ildən aşağıdır. (Azərtac)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.