İstirahət mərkəzində ofisiantı kababa görə döyən şəxsə hökm oxundu

Şəki İnzibati Məhkəməsi
Şəki İnzibati Məhkəməsi

Zərdab Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nuran Dəmirovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqam Həsənquliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2500 manat miqdarında cərimə cəzasına məhkum edilib.

İttihama görə, hadisə ötən il Göyçay rayonu, Kürd Şaban kəndində yerləşən “Murad” istirahət mərkəzində qeydə alınıb.

Belə ki, Nuran Dəmirov dostları ilə istirahət mərkəzinə yeyib-içməyə gedib. Sonra təqsirləndirilən şəxs istirahət mərkəzinin işçisi – ofisiant, zərərçəkmiş Tacəddin Rəfiyevə (soyadı şərtidir) kababın yaxşı olmadığını və onu xoşlamadığını bildirib. Bu zaman olnarın arasında mübahisə yaranıb və Nuran onun ünvanına söyüş söyməklə onu təhqir edib. Daha sonra o, əli ilə ofisiantın sifət nahiyəsindən qəsdən vurub.

Hadisədən sonra Nuran Dəmirov saxlanılıb və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.