“İstər polis, istərsə də vətəndaş tərəfindən yol verilmiş  qanunazidd hərəkət hüquqi qiymətini alacaq” –DİN

Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd  hallara yol verilib”.

Bunu APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib. O bildirib ki, yayılan görüntülərlə bağlı araşdırmalar aparılır.

“İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş  hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək”, – deyə E. Zahidov əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir