Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın 2012-ci ildən İsveçrə banklarında olan aktivlərindən 131 milyon dollar Daşkəndə qaytarılacaq.
Azpost.info xəbər verir ki, bununla bağlı Berndə saziş imzalanıb.
Sənədi Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov və İsveçrə prezidenti İqnazio Kassis imzalayıblar. Mərasimdə BMT rəmnisi Cennifer Toppinq də iştirak edib.
Bu saziş son iki ildə Özbəkistanın ədliyyə və xarici işlər nazirlikləri ilə və İsveçrənin maraqlı nazirlikləri və BMT arasında aparılan çoxsaylı danışıqların nəticəsidir. Tərəflər vəsaitin təhsil və səhiyyəyə yönəldilməsi barədə razılığa gəliblər.
“Sazişin imzalanması Özbəkistan və İsveçrə arasında dostluq və qarşılıqlı faydalı əlaqələrin inkişafında mühüm addımdır”, – Özbəkistan Ədliyyə Nazirliyindən bildiriblər. İsveçrə hökuməti öz növbəsində qeyd edib ki, bərpa ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək.
Qeyd edək ki, söhbət, 2012-ci ildə İsveçrə prokurorluğu tərəfindən dondurulan təxminən 800 milyon İsveçrə frankından gedir. 2019-cu ildə bu məbləğin təxminən 131 milyon dolları müsadirə edilib. İndi bu vəsaitlər Özbəkistana qaytarılır.
Azpost.info
