İsveç hökuməti Gürcüstanla birbaşa əməkdaşlığı dayandırdı- Rəsmi QƏRAR

İsveç hökuməti Gürcüstanla birbaşa əməkdaşlığı dayandırır.

Azpost.info xəbər verir ki, bu barədə İsveçin Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq naziri Benjamin Dousa bildirib.

Onun sözlərinə görə, bu qərar ölkə yenidən Avropa İttifaqı standartlarına yaxınlaşana qədər qüvvədə qalacaq.

“Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəyində ciddi olduğu və Aİ ilə münasibətlərini qoruduğu üzə çıxarsa, İsveçin qapısı açıqdır”, – nazir qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.