İsveç hökuməti Kiyevə 10 milyon dollar məbləğində yeni humanitar yardım paketi ayırıb.
Azpost.info xəbər verir ki, vəsait qış öncəsi artan ehtiyacları ödəmək üçün istifadə ediləcək.
Bu vəsaitdən Ukrayna Qırmızı Xaç Cəmiyyəti 4,71 milyon dollar alacaq ki, bu da istilik və elektrik enerjisinə çıxışın təmin edilməsi, qida, gigiyena vasitələri, dərman və suyun paylanmasına sərf olunacaq.
Azpost.info