İsveç və Finlandiyanın NATO-dakı səfirləri ölkələrinin alyansa üzvlük müraciəti ilə bağlı rəsmi məktubları NATO Baş katibi Yens Stoltenberqə təqdim edib.
Bu barədə İsveçin NATO-dakı Nümayəndəliyinin “Twitter” hesabında məlumat verilib.
NATO Baş katibi və səfirlərin birgə mətbuat konfransı gözlənilir.