İsveçdə koronavirusa yoluxanların sayı 2,3 minə yaxınlaşır

İsveçdə yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının sayı son bir gündə 2 016-dan 2 272 nəfərə çatıb (hər 100 min nəfərdən 22-si COVID-19-a yoluxub).

TASS verdiyi məlumata görə, Krallıqda koronavirusdan ölənlərin sayı 36 nəfərə çatıb ki, onlardan 56%-i kişilər olub. Ölənlərin orta yaşı 82-yə bərabər olub. Hazırda daha 115 nəfər reanimasiya şöbəsindədir, onların orta yaşı isə 66-dır. Ölkədə COVID-19-a yoluxan insanların ümumi sayı əslində daha çox ola bilər, çünki İsveç yalnız xəstəxanaya müraciət edənləri test edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 15 nəfərdə koronavirus aşkarlanıb

Sonrakı məqalə

1904-cü ilin vəba “təcrübəsi”, “qubernator dəyənəyi” və… bu günümüz-