İsveçrə Azərbaycan vətəndaşlarının bank hesablarını açıqlayacaq –Nazir açıqlayıb

İsveçrə bankları Azərbaycan da daxil olmaq şərtilə 19 ölkənin vətəndaşı olan müştəriləri haqqında məlumatları müvafiq ölkələrin hökumətlərinə təqdim edəcək.

“Report” “Swissinfo”a istinadən xəbər verir ki, bununla bağlı ölkənin maliyyə naziri Uli Maurer bildirib.

O deyib ki, İsveçrə korrupsiyaya, çirkli pulların yuyulmasına, vergilərdən yayınma hallarına qarşı mübarizəyə dair İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yeni standartlarını tətbiq etməyə boyun olduğu üçün xarici vergi idarələrinə avtomatik rejimdə məlumat ötürmək məcburiyyətindədir: “Əks təqdirdə ölkə sanksiyalarla üzləşə bilər, bundan isə ilk növbədə iqtisadiyyata ziyan dəyəcək”.

Ümumiyyətlə, məlumatların 2020-ci ilin yanvar ayından toplanacağı, 2021-ci ilin əvvəlində aidiyyatı ölkələrin hökumətlərinə göndəriləcəyi nəzərdə tutulur.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir