İsveçrə Trampa verilən bahalı hədiyyələr hesabına ABŞ-dan rüsum güzəşti alıb

Tramp
Tramp

İsveçrə hökuməti ABŞ-la ticarət münasibətlərində tətbiq olunan rüsumların ciddi şəkildə azaldılmasına nail olub.

AzPost ABŞ mediasına istinadla xəbər verir ki, Bern bunun üçün Vaşinqtona xüsusi nümayəndə heyəti göndərib.

Məlumata görə, İsveçrədən gedən iş adamları ABŞ rəhbərliyi ilə danışıqlarda yumşalma əldə etmək məqsədilə bir sıra dəyərli hədiyyələr təqdim ediblər. Hədiyyələr arasında çəkisi bir kiloqram olan qızıl külçə xüsusi diqqət çəkib. Külçənin üzərində ABŞ prezidentinin çalışdığı müddətləri simvolizə edən “45” və “47” rəqəmləri həkk olunub.

Nümayəndə heyəti həmçinin ABŞ prezidentinə bahalı masaüstü saat da bağışlayıb. Bu jestlərdən sonra ABŞ rəhbərliyi İsveçrədən idxal olunan məhsullara tətbiq edilən rüsumları 39 faizdən 15 faizə endirmək barədə qərar verib.

Bununla yanaşı, anlaşmanın şərtlərinə əsasən, İsveçrə hazırkı prezidentlik dövrünün sonunadək ABŞ iqtisadiyyatına 200 milyard dollar sərmayə yatırmalı olacaq. Bu vəsaitin ABŞ-da sənaye, istehsal və maliyyə layihələrinə yönəldiləcəyi bildirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.