İsveçrə yeni bölgələrdə verilmiş Rusiya pasportlarını tanımadığını bəyan edib

İsveçrə hökuməti Avropa İttifaqının Rusiyanın “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin sakinlərinə verdiyi xarici pasportların tanınmaması ilə bağlı qərarına qoşulub.

Azpost.info xəbər verir ki, bu barədə İsveçrə hökumətinin bəyanatında deyilir.

“Avropa Komissiyası konkret veriliş tarixindən sonra hansı səyahət sənədlərinin artıq qəbul edilməyəcəyini müəyyən edir. İstisnalar bu tarixə qədər artıq Rusiya vətəndaşı olmuş səyahət sənədləri sahiblərinə, yetkinlik yaşına çatmayanlara və ya fəaliyyət qabiliyyəti olmayan şəxslərə verilə bilər”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Separatçı rejim Vitali Balasanyanı niyə uzaqlaşdırıb?

Sonrakı məqalə

Prezident İlham Əliyevin yerli televiziya kanallarına MÜSAHİBƏSİ –