Rusiyanın paytaxtında 24 yaşlı qadın oğurluq ittihamı ilə saxlanılıb. Hadisə Butırskiy Val küçəsində yerləşən gözəllik salonunda baş verib.
AzPost xəbər verir ki, məlumata görə, şübhəli şəxs əvvəlcə həmin salona işə düzəlmək bəhanəsi ilə gəlib. İşə qəbul olunmasa da, o, giriş qapısının kodunu öyrənib. Gecəyarısı isə bu fürsətdən istifadə edərək salona daxil olub.
Qadın administrator masasından pul və bəzək əşyalarını götürərək qaçıb. Ümumi zərər 180 min rubl olaraq qiymətləndirilib.
Bir müddət sonra polis tərəfindən saxlanılan şübhəlinin barəsində ölkədən çıxmamaq haqqında iltizam tədbiri seçilib. Hazırda istintaq davam etdirilir.