İtaliya Roma Avropa İttifaqından kənarda müvəqqəti miqrant qəbul mərkəzləri yaratmaqla bağlı gözlənilməz təşəbbüslə çıxış edib.
Azpost.info bildirir ki, Roma üç minə yaxın miqrantı qəbul edə biləcək iki belə mərkəzin tikintisi ilə bağlı Albaniya hökuməti ilə müqavilə bağlayıb. Mərkəzlər İtaliyanın yurisdiksiyasında olacaqlar.
Daxili İşlər üzrə Avropa Komissiyası İtaliya hökumətinin 9 səhifəlik bu sənədini öyrənsə də, hələ də bu yeniliyin legitimliyi ilə bağlı heç bir nəticəyə gələ bilməyib.
“Biz bunu tam qiymətləndirməyənə qədər təfərrüatları barədə danışa bilmərik”, – AK sözçüsü Anitta Hipper bildirib.
Məlumata görə, Danimarka artıq sığınacaqla bağlı müraciətlərə xaricdə baxılmasını nəzərdə tutan qanun qəbul edib. Lakin hələ də tərəfdaş ölkə seçə bilməyib. Almaniyada da oxşar imkan öyrənilir.
Azpost.info