İtaliya Ukraynada müharibəyə son qoymaq üçün plan hazırlayıb

İtaliya Ukraynadakı müharibəyə son qoymaq üçün 4 mərhələli plan təklif edir.

Azpost.info xəbər verir ki, bu barədə “Repubblica” məlumat yayıb.

Plan aşağıdakı mərhələlərdən ibarətdir: – Atəşkəs və BMT-nin nəzarəti altında hərbi əməliyyatlar xəttinin ləğvi; – Ukraynanın qısa müddətdə Avropa İttifaqına üzv olması və NATO-ya daxil olmadan neytral status; – Ukrayna və Rusiya arasında beynəlxalq səviyyədə tanınmış sərhədlər üzərində münaqişələrin həlli üçün Donbas və Krımın mübahisəli əraziləri haqqında sazişin imzalanması; – Silahlara nəzarət və münaqişələrin qarşısının alınmasını təmin edən Avropada sülh və təhlükəsizlik haqqında çoxtərəfli müqavilənin imzalanması. İtaliya hökumətinin iştirakı ilə Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilmiş sənəd BMT baş katibinə təqdim olunub.

Azpost.info

Əvvəlki məqalə

Qarabağda bərpası nəzərdə tutulan abidələrin siyahısı açıqlanıb

Sonrakı məqalə

Belarus öz “İsgəndər”ini buraxacaq –