Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İtaliyada seçkidə son 80 ildə ilk dəfə ifrat sağ partiya liderlik edir

User 26 Sentyabr 2022 - 07:48 (Last updated: 21 May 2025 - 20:15)
itali ya secki

İtaliyada keçirilən növbədənkənar ümumi seçkilərin ilkin nəticələrinə görə, Giorgia Meloninin rəhbərlik etdiyi “İtaliya Qardaşları” Partiyası birinci yerdədir.

İtaliyada keçirilən ümumi seçkilərdə səsvermə başa çatıb. İtalyanlar 19-cu qanunverici orqanın – parlamentin yuxarı palatası olan Senatın və aşağı palata – Nümayəndələr Palatasının yeni üzvlərini seçmək üçün səs veriblər.

Qeyri-rəsmi nəticələrə görə, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası, Matteo Salvininin rəhbəri olduğu “Liqa” Partiyası, Silvio Berluskoninin rəhbərlik etdiyi “İrəli İtaliya” Partiyası və bəzi kiçik partiyalardan ibarət sağ mərkəzçi koalisiya səslərin 41-45 faizini toplayıb. Koalisiya daxili razılaşmaya əsasən, ən çox səs toplayan partiya Baş nazirin namizədliyini irəli sürəcək.

İtaliyada sağçı koalisiyanın 11 ildən sonra yenidən hakimiyyətə gələcəyi, parlamentin aşağı və yuxarı palatalarında hökumət qurmaq üçün çoxluğu əldə edəcəyi və “İtaliya Qardaşları” Partiyasının lideri Giorgia Meloninin ölkənin ilk qadın Baş naziri olacağı gözlənilir.

Qeyd edək ki, İtaliyada İkinci Dünya müharibəsindən bəri ilk dəfə seçkilərdə ifrat sağçı partiya birinci olub.

Bu seçki ilə İtaliya parlamentinin strukturu da dəyişib. Belə ki, parlamentdəki yerlərin sayı 945-dən 600-ə endirilir. Senata 200 senator, Nümayəndələr Palatasına isə 400 deputat seçiləcək.

Post navigation

Previous: “Səfərbərlikdən sonra Rusiyanı 261 min kişi tərk edib”
Next: “İdarəetmə sistemində dəyişikliklər edilməlidir” –

Oxşar xəbərlər

tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41

xƏBƏR

Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
Kifayət qədər su içmək arterial təzyiqin normal səviyyədə saxlanmasına və hipertoniya riskinin azaldılmasına kömək edə bilər. Lakin...
Read more about Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?
Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO velo qeza
  • Sosial

Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO

User 23 Oktyabr 2026 - 15:26
Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır? dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23
Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı Beyin
  • Maraqlı

Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı

User 23 Oktyabr 2026 - 15:16
Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir? aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.