Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Müsahibə

“İdarəetmə sistemində dəyişikliklər edilməlidir” –

User 26 Sentyabr 2022 - 07:58 (Last updated: 21 May 2025 - 20:15)
ASİM MOLLAZADE

Ermənistan 44 günlük İkinci Qarabağ savaşındakı məğlubiyyətini həzm etməyərək Azərbaycana qarşı təxribatlarını davam etdirir. Rəsmi Bakı bölgədə dayanıqlı sülhə nail olmaq istiqamətində çaba göstərdiyi bir vaxtda İrəvan sanki yeni eskalasiyanı hədəfləyib. Sentyabrın 13-də erməni hərbi birləşmələrinin törətdiyi genişmiqyaslı təxribat buna misal ola bilər.

Hazırda bölgədə ciddi hərbi qarşıdurma olmasa da, gərginlik qalır. Azpost.info  mövzunun aktuallığını nəzərə alaraq Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə ilə müsahibəyə Ermənistan-Azərbaycan sərhəddində baş verənlərlə bağlı sualla başlayıb.

-Asim bəy, Ermənistanın Azərbaycana qarşı təxribatları davam edir və belə görünür ki, İrəvan yenidən bölgəni qan çanağına döndərmək istəyir. Bu situasiyada Azərbaycan hansı addımları atmalıdır?

-Əslində Azərbaycan addım-addım beynəlxalq hüquq normaları çərçivəsində prosesə nəzarət edir. Burada ən mühüm amil üçtərəfli bəyannamənin bütün bəndlərinin reallaşdırılmasıdır. Xüsusilə, kommunikasiyaların açılması, erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması, sərhədlərin demarkasiyası və delimitasiyası prosesi həyata keçirilməlidir. İrəvan bunu istəməsə də, bəyannamadə qeyd olunanlar reallaşmalıdır. Azərbaycan prosesin sülh yolu ilə həyata keçirilməsinə çalışır. Azərbaycana sülh lazımdır. Nəqliyyat, enerji sistemləri bölgəni cazibədar regiona çevirə bilər. Azərbaycan buna çalışır. Bu baxımdan, hesab edirəm ki, beynəlxalq aləm Ermənistanın prosesə mane olmaq cəhdlərinə qarşı çıxmalıdır. Təəssüf ki, son hadisələrdən sonra Ermənistanın himayədarları Azərbaycanı ittiham etməyə başlayıblar. Lakin hər kəsə bəllidir ki, son hadisələr erməni təxribatının təzahürüdür. Buna baxmayaraq, düşünürəm ki, tədricən Ermənistan çərçivəyə salınacaq.

-ABŞ və Fransanın bu məsələdə mövqeyi başadüşülən deyil. Xüsusilə, Vaşinqtonun son hadisələrdən sonra Ermənistanı açıq müdafiəçisi rolunda çıxış etməsi təəssüratı yaranır…

-Mənə elə gəlir ki, ABŞ-da hər zaman konqresə seçkilər keçiriləndə böyük təsirə malik olan ermənilər lobbi fəaliyyətindən istifadə edərək Amerikanın rəsmi şəxslərini yanlış addımlar atmağa vadar edirlər. Fransada da buna bənzər vəziyyət mövcuddur. Zəngin erməni lobbisi Fransanın siyasətinə təsir göstərir.

Digər tərəfdən, 30 il ərzində siyasi turizm təşkilatı kimi fəaliyyət göstərən Minsk Qurpu var idi. Bu təsisat 30 il müddətində Qarabağ probelmini həll etməyib. Amma buna baxmayaraq ABŞ və Fransa bu qrupun fəaliyyətini davam etdirməsini istəyirlər.

Təəssüf ki, bu gün beynəlxalq hüquq normaları, beynəlxalq hüquq prinsipləri deyil, diaspor təşkilatları, daxili siyasi maraqlar dövlətlərin faəliyyətinə mənfi təsirini göstərir. Biz bunu ABŞ və Fransanın fəaliyyətində görürük.

-ATƏT-in Minsk Qrupunun yenidən ön plana çıxarılmasının səbəbi nədir? Dediyiniz kimi bu təşkilat 30 il ərzində problemi həll edə bilmədi…

-Bu da erməni diasporunun oyunudur. Erməni diasporu çalışır ki, Qarabağ münaqişəsi həll olunmasın. Konflikt davam etsin, onlar isə bundan faydalansınlar, öz fəaliyyətləri üçün əsas yaratsınlar. Əslində onlar ermənilərin taleyi ilə maraqlanmırlar. Onların maraqlandıran öz qazanclarıdır.

Qarabağdakı ermənilər məhz onların qazancları üçün qurban verilir.

-Azərbaycanda referendum keçiriləcəyi barədə məlumatlar yayılır…

-Məndə bu barədə hər hansı məlumat olmadığına görə münasibət bildirmək istəmirəm.

-Belə iddialar da var ki, prorporsional  seçki sisteminin bərpasına hazırlıq görülür. Referendum keçirilməsində də əsas məqsədlərdən biridir…

-Bu istiqamətdə müzakirələrdə iştirak etməmişəm. Məlumatım yoxdur. Ona görə də bir şey deyə bilməyəcəyəm.

-Hakimiyyət 2018-ci ildən islhatalara gedəcəyini bəyan elədi və bu istiqamətdə müəyyən addımlar atıldı. Yeni kadrların təyinatı, anti-korrupsiya əməliyyatları buna nümunə ola bilər. Amma sonradan nədənsə proses sanki tormozlandı. Sizcə, bu müvəqqətidir, yəni, islahatlar davam edəcək, yoxsa prosesə son verilib?

-Düşünürəm ki, islahatlar davam edəcək. Xüsusilə, kadr islahatları əslində yeni nəsl idarəetmə sisteminə gətirib çıxarmalıdır. Təbii olaraq düşünürəm ki, idarəetmə sistemində dəyişikliklər edilməlidir. Yəni, yerli idarəetmədən, bölgələrin idarə edilməsindən gedir. Bu istiqamətdə Qarabağa böyük qayıdış layihəsinə baxsaq görərik ki, orada fərqli sistem tətbiq edilib. İstistna etmirəm ki, bu sistem Qarabağda uğur qazanarsa digər bölgələrdə də tətbiq edilə bilər.

Əslində bu gün Qarabağda ətraf mühitə yanaşmada, ümumiyyətlə, bütün məsələlərdə müasir səviyyədə layihələr həyata keçirilir. Hesab edirəm ki, bu proses bütün ölkəni əhatə etməlidir. Qarabağ bir növ modeldir.

-Vaxtaşırı yerli icra hakimiyyətlərinin ləğv edilməsi məsələsi gündəmə gətirilir. Sizcə, buna zərurət varmı?

-Bəli, dəyişiklik deyəndə məhz yerli idarəetmədəki dəyişikliklərdən söhbət gedir. Bu prosesdə xalqın daha böyük iştirakına ehtiyac var. Hesab edirəm ki, bələdiyyələrin rolu artmalıdır.

-Böyük şəhər bələdiyyələrinin yaradılmasını nəzərdə tutursunuz?

-Buna oxşar idarəetmə sistemi.

-Anti-korrupsiya əməliyyatları çərçivəsində bəzi icra başçıları, yüksək vəzifəli məmurlar həbs olunub. Lakin belə düşünənlər var ki, bu kifayət deyil və əməliyyatlar davam etdirilməlidir. Sizin bu barədə fikirlərinizi bilmək maraqlı olardı…

-Hesab edirəm ki, anti-korupsiya əməliyyatları davam etdirilməlidir. Korrupsiya hər bir dövləti zəiflədən ən əsas amillərdən biridir. Bu istiqamətdə ciddi işlər görülməlidir. Bu məsələdə ictiamiyyətin də, medianın də təsirinin olmasına şərait yaradılmalıdır. Yəni, şəffaf bir mühit yaradılmalıdır.

-Asim bəy, Milli Məclisdə boş qalmış yerlərə keçiriləcək seçkilərdə Demokratik İslahatlar Partiyasının iştirakı nəzərdə tutulurmu?

-Seçkilər olarsa təbii ki, iştirak edəcəyik.

Hüseyn Abbas

Azpost.info

 

 

 

 

 

 

Post navigation

Previous: İtaliyada seçkidə son 80 ildə ilk dəfə ifrat sağ partiya liderlik edir
Next: Rusiya Dövlət Dumasının sədri bu gün Bakıya gəlir

Oxşar xəbərlər

ceyhun celilov
  • Müsahibə

“Naxçıvanda əsas çətinlik məşğulluqla bağlıdır”: “Sahibkarlıq məhdud inkişaf edib” –

User 05 Oktyabr 2026 - 22:36
hikmet musahibe paksitan
  • Müsahibə

Hikmət Hacıyev:

User 16 İyul 2026 - 11:22
Emin Əmrullayev
  • Müsahibə

“Müəllimlərin ehtiyaclarını anlamaq vacibdir”

User 22 İyun 2026 - 21:02

xƏBƏR

aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
Azərbaycanda kənd təsərrüfatının təşkili, torpaqlardan istifadə və fermerlərin məhsullarını bazara çıxarması ilə bağlı qaydalar yeni qanunla tənzimlənə...
Read more about Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19
80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar” tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.