İtaliyanın müdafiə naziri Ukrayna müharibəsinin bitəcəyi tarixi açıqladı

Rusiya və Ukrayna arasında münaqişə 2024-cü ilin yazında həll oluna bilər.

Azpost.info “The Huffington Post”a istinadən bildirir ki, bu barədə İtaliyanın müdafiə naziri Guido Crosetto deyib.

“Biz hərbi nöqteyi-nəzərdən dalana dirənmişik, bu, doğrudur. Mən hesab edirəm ki, münaqişənin həlli siyasi yolla tapılmalıdır”, – Krosetto bildirib.

Onun fikrincə, danışıqlar yolu ilə nizamlanma imkanı mövcuddur. “Əminəm ki, qarşıdurma bütün qış boyu davam edəcək və yazda bunun həllini tapmaq olar”.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general Valeri Zalujnı “The Economist” jurnalına yazdığı məqalədə Ukraynada döyüşlərin dalana dirəndiyini bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.