İtkin düşmüş iki gənc alim tapıldı, təxliyə edilirlər-FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.

Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.

**

Gənc alimlər Elnur Nəciyev və Emil Cəbrayılov Quba-İsmayılı istiqamətində yoxa çıxıblar.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki,qeyd olunan şəxslərlə bağlı polisə müraciət edilib, barələrində axtarışa elan olunub və tapılmaları istiqamətində tədbirlər görülür.

İtkin düşmüş şəxslərin Quba istiqamətindən daga çıxdıqları ehtimal olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.