Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İtlər insan duyğularını necə hiss edir?

User 10 Sentyabr 2025 - 17:15 (Last updated: 10 Sentyabr 2025 - 16:37)
itler kuce

Müasir elmi araşdırmalar göstərir ki, itlər insan emosiyalarını anlamaqda unikal qabiliyyətə sahibdirlər.

AzPost xəbər verir ki, bu xüsusiyyət minilliklər ərzində davam edən evləşdirmə prosesi, beyin quruluşundakı dəyişikliklər və “məhəbbət hormonu” kimi tanınan oksitosin vasitəsilə formalaşıb.

Mütəxəssislərin sözlərinə görə, itlər sahibinin səsini yalnız eşitməklə kifayətlənmirlər, həm də onun tonundakı hissləri ayırd edə bilirlər. Məsələn, gülüş, ağlama və qəzəbli intonasiyalar heyvanlarda beyində emosiyaların emalı ilə bağlı sahələri aktivləşdirir. Bu səbəbdən itlər sahibinin kədərini və sevincini “hiss edə” bilirlər.

Elmi təcrübələr sübut edir ki, itlər insan üz ifadələrini də oxuya bilirlər. Xüsusilə tanış üzü görəndə onların beynində mükafat və emosional mərkəzlər aktivləşir. Maraqlıdır ki, itlər adətən insan üzünün sol tərəfinə daha çox diqqət yetirirlər ki, bu da primatlarda müşahidə edilən tipik davranışdır.

Araşdırmalara görə, bəzi hallarda “insan–it” cütlüklərinin ürək döyüntüləri sinxronlaşır. Bu, bioloji rezonans adlanan fenomeni yaradır və insanla heyvan arasında xüsusi emosional bağlılıq formalaşdırır.

Digər maraqlı məqam isə oksitosin təsiridir. İnsanla iti bir-birinin gözünə baxanda hər iki orqanizmdə bu hormonun səviyyəsi yüksəlir. Bu proses valideynlə uşaq arasındakı təbii bağa bənzəyir. Alimlər bildirirlər ki, bu reaksiya yalnız ev itlərinə məxsusdur, hətta insan tərəfindən böyüdülən canavarlar belə belə bir yaxınlıq nümayiş etdirmir.

Əlavə olaraq, itlər qoxular vasitəsilə də insanın əhvalını hiss edə bilirlər. 2018-ci ildə aparılan təcrübələrdə məlum olub ki, qorxu içində olan insanların tər qoxusu itlərdə stressi artırır, “xoşbəxtlik qoxusu” isə onları sakitləşdirir.

Alimlərin qənaətinə görə, evləşdirilmə prosesi zamanı itlərin beyni sosial zəkaya uyğunlaşaraq güclənib. Yəni onların intellekti zəifləməyib, əksinə emosional qabiliyyətləri artıb.

Mütəxəssislər bildirirlər ki, müasir dünyada insanla it arasındakı bu qarşılıqlı bağlılıq bizə bir mühüm həqiqəti xatırladır: bəzən ən dərin ünsiyyət sözlərsiz də mümkündür.

AzPost.az

Post navigation

Previous: Nepalda etirazçılar həbsxananı ələ keçirməyə cəhd edib
Next: Moskvada Emin Ağalarovun restoranları bağlanıb

Oxşar xəbərlər

kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35

xƏBƏR

Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Avropa noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli görüşdə iştirak edə bilməyəcək. Bunu Rusiya prezidentinin...
Read more about Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.