İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 51-ə çatıb

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 51-ə çatıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

Qeyd edib ki, yeraltı təkanlar zamanı 896 nəfər yaralanıb. Onlardan 214-nün müalicəsi davam edir. Hadisə zamanı zədələnən və ya çökən 17 binadan 9-da axtarış-xilasetmə işləri aparılır.

Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 812 afterşok qeydə alınıb. Onlardan 40-dan çoxu 4 baldan yüksək olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Düşmənin döyüş sursatı yüklənən hərbi yük maşınları partladılıb –

Sonrakı məqalə

SSRİ-nin ən məşhur kino aktrisası ölkəmizə dəstək verdi –