Jirinovskinin illər əvvəl İsraillə bağlı proqnozu yayılıb –"İranı buna görə bombalayacaq" /VİDEO

İsrailin İran hədəflərinə hücumundan sonra internet mərhum rusiyalı siyasətçi Vladimir Jirinovskinin növbəti “peyğəmbərliyini” xatırladıb.

AzPost bildirir ki, istifadəçilər onun 2019-cu ildəki çıxışının videosunu yayımlayırlar.

Jirinovskinin sözlərinə görə, münaqişə İsrailin İranın uranın zənginləşdirilməsi mərkəzlərinə və ya “nüvə başlığı istehsal mərkəzlərinə” zərbə endirməsi ilə başlayacaq.

“Zərbədən sonra İran mütləq cavab verəcək, İsraildə kiçik dağıntılar olacaq, sonra “böyük qardaş” köməyə gələcək… ABŞ NATO-nu səfərbər edib İranı bombalamağa başlayacaq”, – deyə siyasətçi o vaxt bildirib.

Jirinovski Qərbin bir zərbə ilə bütün ölkəni məhv edə biləcək “çox dəhşətli silahdan” istifadə edəcəyini proqnozlaşdırıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.