Joao Feliksin “Çelsi”yə keçidi rəsmiləşib.
Bunu İngiltərə klubu açıqlayıb.
Portuqaliyalı hücumçu “Atletiko”dan transfer olunub. Onunla 7 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu üçün 50+5 milyon avro ödənilib.
Qeyd edək ki, 2022/23 mövsümünün ikinci yarısında “Çelsi”də icarədə olan Joao 20 oyunda 4 qol vurub.