Jurnalist Sevda Mirzənin Türkiyədə kitabı çap olunub –FOTO

“1985-1997-ci illər Azərbaycan publisistikası zamanın reallığını ən düzgün, ört-basdırsız, olduğu kimi, səmimi və səlnamələr şəklində əks etdirərək dövrün mənzərəsini yaradıb. Bu dövrün publisistikasında, başda Birinci Qarabağ Müharibəsi (1988-1994) olmaqla vəziyyətdən doğan güclü vətəndaş mövqeyi və mövzu zənginliyi vardır, hisslər və sözlər həm ağıl, həm emosiya, həm də pafosla ifadə olunur”.
Bu sözləri yaxınlarda “1985-1997-ci illərdə Azərbaycan publisistikasının inkişaf meyilləri” kitabı işıq üzü görən, Türkiyənin paytaxtı Ankarada TRT “Türkiyənin səsi” radiosunun əməkdaşı – aparıcı və tərcüməçi Sevda Mirzə (Mirzəyeva) deyib. 
Müəllif “Azərbaycan mətbuatına kiçik töhfə” adlandırdığı bu kitabla bağlı fikirlərini belə bölüşür: “XX əsrin 90-cı illərində, demək olar ki, Azərbaycanın bütün yazıçı, şair, jurnalist və politoloqları hadisələri təhlil edən yazılarla çıxış edirdilər.Heç kim baş verənlərə laqeyd qala bilmirdi. 1985-1997-ci illər arasında fəal olan jurnalistlərin bir qismi sonralar mətbuatdan uzaqlaşdı, bir qismi siyasi baxışını dəyişdi, yəni müxalif yoldan çəkilib bitərəf, əsasən isə iqtidar yönlü oldular, ayrı-ayrı vəzifələrdə çalışdılar, dövlətçiliyə rəsmi olaraq xidmət etdilərsə də, lazım olan vaxtda lazım olan işin öhdəsindən gəlmişdilər.

Dövrün publisistikası yalnız bu monoqrafiyada – magistr diplom müdafiəsi elmi işində yazılanlardan ibarət deyil.

O zamanın mənzərəsinin 60-70 faizinə bir baxış, bir təəssürat olan bu kitabda Kütləvi İnformasiya Vasitələrinin (KİV) bütün sahələrində – qəzet, jurnal, radio və televiziyada publisist çıxışları ilə yaddaşlarda dərin izlər buraxan adların kiçik bir hissəsi yer alır. Bu tədqiqat əsəri dövrün publisitikasının ümumi mənzərəsini göz önünə sərir.

1985-1997-ci illərin ən fəal, ən oxunaqlı və əllərdə gəzən qəzet və jurnalları əsasında işlənən bu monoqrafiya kiçik fəsillərə ayrılır”.

Qeyd edək ki, “1985-1997-ci illərdə Azərbaycan publisistikasının inkişaf meyilləri” kitabı M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin məzunu (1991-1997) olmuş Sevda Mirzəyevanın magistr diplom müdafiəsi elmi işidir. Elmi rəhbəri professor və şair Famil Mehdi (1934-2003) olub.

Qeyd edək ki, kitab Ankarada çap olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib

Sonrakı məqalə

Avropa çempionumuz “patı”nın qurbanı olub –