Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib.

Bu barədə jurnalistin qardaşı Rəşad Şükürov məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlu “Yeni Klinika”da müalicə alırdı. O, ECMO aparatına qoşulmuşdu.

“Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov APA-ya məlumatı təsdiqləyib.

“Yeni Klinika”nın yaydığı açıqlamada isə bildirilib ki, həkimlərin səyinə baxmayaraq, Elnur Əşrəfoğlu koronavirus səbəbindən vəfat edib.

Allah rəhmət etsin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir