İqtisadçı-ekspert, “Zerkalo” qəzetinin keçmiş əməkdaşı Fuad Əlizadə yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.
Bu barədə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.
“Fuad Əlizadə “Zerkalo”da şöbə müdiri olub. Son zamanlar isə CBC-də çalışırdı. O, bu gün səhər saatlarında dünyasını dəyişib”, – E. Şıxlı vurğulayıb.
Qeyd edək ki, Fuad Əlizadə dekabrın 10-da koronavirusa yoluxub. O, “Yeni Kinikada müalicə alırdı.
Allah rəhmət eləsin!