Azərbaycanın Əməkdar jurnalisti Nair Əliyev dünyasını dəyişib.
Azpost.info bildirir ki, jurnalist uzun sürən xəstəlikdən sonra vəfat edib. N.Əliyev bu yaxınlarda əməliyyat olunmuşdu.
Qeyd edək ki, Əməkdar jurnalist 1974-cü ildə anadan olub. O, uzun müddət “Exo” qəzetinin baş redaktorunun birinci müavini, daha sonra isə ölkənin bir sıra aparıcı mətbu orqanlarında çalışıb. Nair Əliyev 2021-ci ildən Oxu.az-da çalışırdı.
Allah rəhmət etsin!