Jurnalist Rusiyanın məşhur “Vremya” proqramının canlı efirinə girdi-Müharibəyə etiraz plakatı qaldırdı (VİDEO)

Martın 14-də Rusiyanıın Birinci kanalının redaktoru Marina Ovsyannikova “Vremya-Zaman” xəbərlər proqramının canlı efirinə daxil olaraq Ukraynaya müharibəyə etiraz plakatını qaldırıb.

Azpost.info bildirir ki, proqramın tanınmış aparcısı Yekatrina Andreyeva sanksiyalar barədə danışarkən redaktor əlində plakat kadra daxil olub. O, “Müharibəni dayandırın. Təbliğata inanmayın, Burada sizə yalan deyirlər” yazılmış plakatdakı şüarları səsləndirib.

Baş vermiş hadisə ilə bağlı araşdırma başlanıb, Marina Ovsyannikova saxlanılıb.

“Birinci” kanalın mətbuat xidməti baş vermiş qalmaqalı təsdiqləyib. Kanaldan bildirlib ki, canlı efirdə baş vermiş plakat qalmaqalı ilə bağlı araşdırma aparılır. “”Vremya”nın canlı efirində həqiqətn kənar şəxsin daxil olması ilə bağlı insident baş verib. Xidməti araşdırma aparılır”-deyə RİA-ya bildirilib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir