“Jurnalist” və “jurnalistin statusu” anlayışına hüquqi aydınlıq gətirilməlidir” –

Medianın İnkişafı Agentliyinin icraçı direktoru
13 Yanvar 2021 - 16:11

Jurnalist” və “jurnalistin statusu” anlayışına huquqi bazada aydınlıq gətirilməlidir. Bu məsələyə aydınlığın gətirilməsi bizə tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək.

Azpost.info Trend-ə istinadən xəbər verir ki, bunu yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib. Onun sözlərinə görə, jurnalist və media subyekti blokunun bir-birindən ayrılmasına ehtiyac var.

Ə.İsmayılov əlavə edib ki, əvvəlkindən fərqli olaraq, agentliyin nizamnaməsinə media subyektlərinin bütün dairəsi daxil edilib. Agentlik tərəfindən həyata keçiriləcək tədbirlər bundan sonra onlyan, çap audioviziual media subyektləri üzrə əhatə edəcək.

Ə.İsmayılov bildirib ki, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması üçün onların ixtisasartırması xüsusilə qeyd edilməlidir.

Agentlik sədri qeyd edib ki, jurnalistikaya gəlmək istəyənlər üçün peşə hazırlığı tədrisinin təşkili və buna dəstək göstərilməsi əsas istiqamət olacaq. İkinci istiqamət hazırda jurnalitikada fəaliyyət göstərən jurnalist həmkarların ixtisasartırılmasının təmin olunmasıdır. Bunun üçün həm ölkənin mövcud kadr və infrasturktur potensialı çərçivəsində işlərin görülməsi, eyni zamanda xaricdən mütəxəssislərin cəlbi ilə bu təlimlərin və tədrisin keçirilməsi, xaricdəki tədris subyektləri ilə əlaqələrin qurulması nəzərdə tutulur.