Jurnalist Zülfüqar Rüfətoğlu Londonda dəfn olunub-FOTO

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müsəlmanların dəfn olunduğu “Firdaus bağçası” adlı qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində Z.Rüfətoğlunun dostları və ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, o, noyabrın 9-u Londonda qaraciyər xərçəngi səbəbilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. “Şirbalanın məhəbbəti” filminin ssenari müəllifi, “Səhər” qəzetinin təsisçilərindən biri, “Mavigözlü ögey ana” kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. Uzun illər “BBC Azərbaycan” xidmətində fəaliyyət göstərib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.