“jurnalist Əmrah Fəqanoğlu süni tənəffüs cihazına qoşulub, vəziyyəti ağırdır” –TƏBİB

İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə, pasiyent süni tənəffüs cihazına qoşulub, intensiv terapiya şöbəsində müalicəsi davam etdirilir: “Hələlik müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir