“Jurnalistlərin səfərləri etimadın möhkəmlənməsinə xidmət edə bilər”-

Paşinyan
27 Noyabr 2019 - 11:49

“Azərbaycan, Ermənistan və Qarabağ jurnalistlərinin qarşılıqlı səfərləri etimadın möhkəmlənməsinə xidmət edə bilər”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Xarlem Dezirlə görüşdə açıqlama verib.

Onun fikrincə, qarşılıqlı səfərlər etimadın möhkəmlənməsinə və nifrət ritorikasının zəifləməsinə xidmət edir. ATƏT rəsmisi də Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərini alqışlayıb.(modern.az)